İşçi intizamı və vaxtın səmərəli idarə olunması istənilən müəssisədə uğurun əsas elementlərindəndir. Ənənəvi davamiyyət hesabatları artıq yerini rəqəmsal həllərə verir. Davamiyyətin düzgün və avtomatlaşdırılmış şəkildə izlənməsi HR proseslərini asanlaşdırmaqla yanaşı, şəffaflığı və işçi məmnuniyyətini də artırır.
Davamiyyətə Nəzarət Sistemi bu sahədə müəssisələrə tam nəzarət imkanı təqdim edir. Sistem:
- Biometrik oxuyucular (barmaq izi və üz tanıma), NFC kartlar, və ya mobil tətbiq vasitəsilə əməkdaşların giriş-çıxışını qeyd edir,
- Gecikmə, erkən çıxma, icazəli məzuniyyət kimi bütün halları real vaxtda izləməyə imkan verir,
- HR komandası üçün avtomatik aylıq və gündəlik hesabatlar təqdim edir, Excel və PDF formatında ixrac oluna bilir,
- Müxtəlif şöbə və filiallara uyğun konfiqurasiya edilə bilir, istənilən sayda əməkdaş üçün uyğunlaşdırıla bilər.
Sistem həm şirkət daxilində, həm də sahə və uzaqdan çalışan komandalar üçün əlverişlidir. Mobil tətbiq vasitəsilə işçi lokasiyasına uyğun olaraq giriş-çıxış qeydə alınır (geo-location tracking ilə). Sistem həmçinin əmək qanunvericiliyinə uyğun şəkildə əmək vaxtının hesablanmasını da təmin edir.
Bu sistemlə siz sadəcə davamiyyətə nəzarət etmir, iş strukturunuzu daha səmərəli və nizamlı bir formata salırsınız.