Avtoparkların idarə olunmasında əsas çətinliklərdən biri nəqliyyat vasitələrinin hərəkətini və istifadə effektivliyini real vaxtda izləməkdir. Ənənəvi üsullar — əl ilə aparılan qeydiyyatlar, sürücülərin verdiyi şifahi məlumatlar — tez-tez qeyri-dəqiq və gecikmiş olur. Məhz bu səbəbdən bir çox şirkət GPS nəzarət sistemlərinə keçid edir.
GPS Nəzarət Sistemi bu ehtiyacı tam qarşılayan, süni intellekt əsaslı və mobilə uyğun interfeysi ilə fərqlənən bir platformadır. Sistem vasitəsilə siz:
- Avtomobillərin real vaxtda xəritə üzərindən izlənməsi ilə marşrutlara nəzarət edə,
- Yanacaq sərfiyyatını analiz edərək səmərəsiz istifadə hallarını müəyyənləşdirə,
- Sürücü davranışlarını (sürət limiti aşımı, kəskin əyləc, kənar marşrutlar) təhlil edə bilərsiniz,
- Zaman-zaman hesabatlar və analizlər əsasında həm riskləri azalda, həm də ümumi səmərəliliyi artıra bilərsiniz.
Sistem həm ofis rəhbərliyi üçün web panel, həm də sahədə olan menecerlər və sürücülər üçün mobil tətbiq formasında təqdim olunur. Eyni zamanda avtomatik geofencing, avtomobilin texniki baxışa ehtiyacı barədə bildirişlər və hadisə bildirişləri kimi imkanlarla idarəetməni tam rəqəmsallaşdırır.
GPS sistemi satış, servis və logistika komandalarına yüksək nəzarət imkanı verərək vaxt və resurs itkilərinin qarşısını alır.