
SpaceX necə quruldu?
Təqvimlər 2002-ci ili göstərəndə İlon Mask həyatının ən mühüm addımlarından birini atmışdı. “PayPal”ın əcdadı olan “X.com”u “eBay”a sataraq əldə etdiyi gəliri bəlkə də, həyatının ən mühüm layihəsi olan “SpaceX”i qurmaqda istifadə etdi və 2002-ci il mayın 6-da “SpaceX” quruldu. İlon Mask-ı öz raketlərini istehsal edən bir kosmik şirkət qurmağa sövq edən şey, kosmosa daşımaları və kosmos səyahətlərini daha ucuz və asan etmək istəyi idi.
O illərdə Mask-ın məqsəd və arzuları geniş dairələr tərəfindən narahatlıqla qarşılanır və hamı bu layihəyə böyük risk kimi baxırdı, hətta zaman-zaman Mask-ın özü də. Şirkətin qurulduğu illərlə bağlı Musk o dövrdə ən yaxın adamlarının belə şirkətinə sərmayə qoymağa həvəsli olmadığını, bu riskli layihədə pul itirilsə belə, onun Maskın öz pulu olmasını istədiklərini bildirib.
İllər sonra bu gün İlon Mask aldığı risk və atdığı böyük addımla dünyanın ən böyük və əhəmiyyətli şirkətlərindən birinə sahibdir və kosmosun gələcəyini formalaşdıran insan kimi tanınır.